AZ

Saakaşvili İlham Əliyev haqqında elə sözlər yazdı ki: “İvanişvili ilə müqayisədə...”

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili İlham Əliyevin Tiflisə səfərini şərh edərkən Azərbaycanda siyasi məhbusların sayının, onun sözlərinə görə, Bidzina İvanişvilinin idarə etdiyi Gürcüstanla müqayisədə “demək olar ki, olmadığını” bildirib. Bu barədə hazırda həbsdə olan Gürcüstanın keçmiş prezidenti özünün Facebook səhifəsində yazıb.

Musavat.com xəbər verir ki, Saakaşvili nümunə kimi azərbaycanlı jurnalist Əfqan Sadıqovun Gürcüstandan çıxarıldıqdan sonra Bakıda qısa müddət sonra azadlığa buraxılmasını göstərib. Gürcüstanın Civil.ge nəşri də Sadıqovun 5-6 aprel hadisələrindən sonra Bakıda sərbəst buraxıldığını, lakin hüquqi vəziyyəti ilə bağlı qeyri-müəyyənliyin qaldığını yazıb.

Sabiq Gürcüstan prezidenti həmçinin Azərbaycan hakimiyyətinin keçmiş prezidentlərə münasibətini vurğulayıb, Ayaz Mütəllibov və Əbülfəz Elçibəyin adlarını çəkərək onlara və ailələrinə hörmət göstərildiyini qeyd edib. Bu detal da Saakaşvilinin yayılmış açıqlamasında yer alıb.

Musavat.com

Seçilən
7
1
musavat.com

2Mənbələr