AZ

“Orion” astronavtları Ayın görünməyən tərəfinin şəklini ÇƏKDİ – FOTO

Bəşəriyyət 50 ildən sonra ilk dəfə Ayın görünməyən tərəfini “öz gözləri ilə” görüb.

İnterpress.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

“Artemis II” missiyası çərçivəsində “Orion” kosmik gəmisində olan astronavtlar Ayın görünməyən tərəfinin tarixi fotoşəklini çəkiblər.

Bu, 1972-ci ildən bəri insanın kosmosa, Ayın ətrafına həyata keçirdiyi ilk missiyadır və bəşəriyyətə 50 ildən sonra ilk dəfə Ayın bu gizli tərəfini öz gözləri ilə görmək imkanı yaradıb.

Tarixi kadr artıq Yerə ötürülüb və kosmosun tədqiqi tarixində mühüm hadisə kimi qeydə alınıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
16
interpress.az

1Mənbələr