Xatırladaq ki, müdafiəçinin atası Ələmdar Mustafayev saytımıza açıqlamasında Bəhlulun sağlamlığını bərpa etməkdə olduğunu, başqa sözlə, həkim nəzarəti altında müalicə aldığını, lakin bir müddətdi əsa ilə yeridiyini demişdi.
Futbolçunun son durumunu öyrənmək məqsədilə yenidən Ələmdar bəylə əlaqə saxladıq. Onun "Football-plus.az"a cavabı:
"Bəhlul üçün mövsüm başa çatıb. Bu öz yerində. Amma durumu daha yaxşıdı. Zaman keçdikcə sağlamlığı düzəlir. Əsadan da xilas olub. Hazırda Bakıdadı və müalicə prosesi uğurla davam edir".
KƏNAN BAHADIR