AZ

"Artemis II" heyəti "Dünyadan qət edilən ən uzaq məsafə" rekordunu qırdı

"Artemis II" heyəti "Dünyadan qət edilən ən uzaq məsafə" rekordunu qırdı

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) "Artemis II" missiyasında iştirak edən heyət Dünyadan təxminən 406 min 700 kilometr uzaqlaşaraq, Aya edilən insanlı uçuşlar tarixində ən uzaq məsafə rekorduna imza atıb.

AFN.az xəbər verir ki, bu tarixi nailiyyət astronavtların Ayın ətrafında dövrə vuraraq orbitin ən uzaq nöqtəsinə çatması ilə reallaşıb.

Bununla da "Artemis II" heyəti 1970-ci ildə "Apollon 13" missiyası tərəfindən müəyyən edilmiş əvvəlki rekordu geridə qoyub. Müasir texnologiyalar və "Orion" kosmik gəmisi sayəsində qazanılan bu uğur bəşəriyyətin dərin kosmos tədqiqatlarında yeni bir mərhələnin başlanğıcı hesab olunur.

NASA rəsmiləri bu rekordun gələcəkdə Marsa və daha uzaq planetlərə ediləcək insanlı missiyalar üçün mühüm təcrübə və psixoloji baryerlərin aşılması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

Hazırda astronavtların vəziyyətinin yaxşı olduğu və missiyanın planlaşdırılmış qrafik üzrə davam etdiyi bildirilir.

Seçilən
24
afn.az

1Mənbələr