AZ

İsfahanın cənubunda ABŞ-a məxsus C-130 təyyarəsinin vurulduğu iddia olunur – yeni görüntülər yayıldı » AzadMedia.az


İsfahanın cənub bölgəsində ABŞ-a məxsus C-130 dəstək təyyarəsinin məhv edilməsi ilə bağlı xəbərlərdən sonra İran polisi əməliyyata dair yeni görüntülər yayıb.
Faraja-nın məlumatına görə, ABŞ-ın “işğalçı qüvvələrinə” aid dəstək təyyarəsi dünən polis xüsusi təyinatlı qüvvələrinin atəşi nəticəsində məhv edilib. Yerli mənbələr də təyyarənin İsfahan vilayətinin cənubunda vurulduğunu bildiriblər.
Artıq mediaya təqdim olunan videoda təyyarənin pilotu tərəfindən geridə qoyulduğu deyilən sənədlər və avadanlıqların görüntüləri yer alır. Məlumata görə, pilot qadın olub.
Bu görüntülərin yayılması əməliyyatla bağlı yeni detallar ortaya qoyur və polis xüsusi qüvvələrinin düşmən təhdidlərinə qarşı hazırlıq və imkanlarını bir daha nümayiş etdirdiyi bildirilir.
Seçilən
6
4
azadmedia.az

5Mənbələr