AZ

İran ABŞ-ın atəşkəs təklifini rədd etdi

İran ABŞ-ın atəşkəs təklifini rədd etdi

Tehran rəhbərliyi ABŞ-ın vasitəçi ölkələr vasitəsilə çatdırdığı müvəqqəti atəşkəs təklifini qəbul etməyib.

AFN.az xəbər verir ki, İran ABŞ-ın müvəqqəti atəşkəs də daxil olmaqla irəli sürdüyü təklifləri iki həftə ərzində dəyərləndirdikdən sonra imtina cavabını İsfahanda ABŞ-a məxsus yük təyyarələrinin vurulması hadisəsindən sonra Pakistan vasitəsilə çatdırıb.

İran müvəqqəti atəşkəs təklifinə verdiyi on maddəlik cavabda öz şərtlərini də təqdim edib. Tehranın şərtləri arasında müharibənin tamamilə və daimi olaraq dayandırılması, sanksiyaların ləğv edilməsi və Hörmüz boğazından təhlükəsiz keçid protokolu kimi məsələlər yer alıb.

Diplomatik mənbələrin məlumatına görə, Pakistan vasitəsilə çatdırılan bu cavab regionda gərginliyin azaldılması istiqamətindəki səylərə ciddi təsir göstərib.

Tehran tərəfi daimi sülh şərtləri yerinə yetirilməyənə qədər müvəqqəti fasilələrə razı olmayacağını bəyan edib.

Seçilən
10
afn.az

1Mənbələr