AZ

Braziliyalı tennis Monte-Karloda “Masters” turnirinin ikinci mərhələsinə yüksəldi

Dünya reytinqində 40-cı sırada qərarlaşan tennisçi Joao Fonseka Monte-Karloda keçirilən “Masters” seriyasının torpaq üzərindəki turnirinin ikinci mərhələsinə rahat çıxıb.

90deqiqe.Az xəbər verir ki, birinci turda braziliyalı tennisçi Kanada təmsilçisi, dünya reytinqində 36-cı olan Qabriel Diallo ilə görüşüb və 6:2, 6:3 hesabı ilə qalib gəlib.

Matç 1 saat 27 dəqiqə davam edib.

Monte-Karloda növbəti turda 19 yaşlı tennisçi dünya reytinqində 27-ci sırada olan fransız tennisçi Artur Rinderkneş ilə qarşılaşacaq.

Seçilən
39
90deqiqe.az

1Mənbələr