"İranda SEPAH-ın (İslam İnqilabı Keşikçilər Korpusu) hakimiyyəti tam ələ alması və əsas söz sahibi olması region üçün təhlükəsizlik risklərini daha da artırır. D. Trampın məhz SEPAH-la atəşkəs əldə etməyə çalışması region üçün mənfi nəticələrə gətirib çıxara bilər".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, ABŞ/İsrail tandemi İranda rejimi devirə bilmir:
"İranda rejimi devirmək üçün quru əməliyyatı mütləqdir. Qeyd edim ki, İran prezidenti M. Pezeşkian Pakistanın irəli sürdüyü 45 günlük atəşkəsə razılaşa bilər. SEPAH daxilində də atəşkəsi mümkün hesab edənlər istisna deyil. Amma, SEPAH hərbi əməliyyatlarda maraqlı görünür.
İranda yeni Ali dini rəhbərin səlahiyyətləri olsa da, həlledici fiqur deyil. Sadəcə, SEPAH oğul M. Xameneini dini rəhbər gətirməklə sistemin dayanıqlığını qoruyub saxlamağa hesablanıb".
Məhəmməd Əsədullazadə hesab edir ki, ABŞ-ın SEPAH-ı məhv etməsi çətin prosesdir:
"Kiçik bir Həması ləğv edə bilməyən Vaşinqton və İsrail dövlət əlində olan SEPAH-ı yox etməsi çətin görünür. Ona görə də anlaşmaya gedəcək. Yaxud İranın şəhərlərini Qəzzanın taleyi gözləyir".
Anar