AZ

Tramp NATO ilə vidalaşmasının əsl səbəbiniAÇIQLADI

ABŞ Prezidenti Donald Tramp NATO ilə yollarını ayırmasının səbəbinin, Alyansın ABŞ-ın Qrenlandiyaya nəzarət etmək istəyinə göstərdiyi reaksiya olduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evdə keçirdiyi və "YouTube"da yayımlanan mətbuat konfransı zamanı danışıb.

"Düzünü bilmək istəyirsinizsə, hər şey Qrenlandiya ilə başladı. Biz Qrenlandiyanı istəyirik. Onlar isə onu bizə vermək istəmirlər. Mən də dedim ki, "Hələlik, hələlik", – deyə Tramp bildirib.

Bundan əvvəl ABŞ rəhbəri NATO haqqında kəskin fikirlər səsləndirərək, Ştatların bu alyansa ehtiyacı olmadığını bəyan etmişdi. Amerika lideri xüsusilə vurğulayıb ki, alyans ölkələrinin İrana qarşı əməliyyatda ABŞ-a kömək etməməsi faktı onu çox məyus edib. O, bunu "heç vaxt silinməyəcək bir ləkə" adlandırıb.

Xədicə BAXIŞLI

Seçilən
13
1
redaktor.az

2Mənbələr