AZ

​Öləndən sonra dirilən insanlar -

Tibb tarixində “ölüm” kimi qeydə alındıqdan sonra yenidən həyata qayıdan insanlara dair yüzlərlə fakt mövcuddur. Metbuat.az xəbər verir ki, bu hallar adətən klinik ölüm vəziyyəti ilə əlaqələndirilir və ürək döyüntüsünün, eləcə də nəfəsin müvəqqəti dayanması ilə xarakterizə olunur. Həkimlərin müdaxiləsi və ya bəzən izahı çətin səbəblər nəticəsində bəzi insanlar yenidən həyata qayıda bilirlər. Buna hallar “tibbi möcüzə” kimi təqdim edilir. Belə hallardan biri ABŞ-da qeydə alınıb: ürəyi dayandıqdan sonra ölü elan edilən bir şəxs, bir neçə dəqiqə sonra qəfil nəfəs almağa başlayıb. Həkimlər bunu nadir rast gəlinən “Lazarus sindromu” ilə izah edirlər. Bu sindrom zamanı ürək fəaliyyətini dayandırandan müəyyən müddət keçdikdən sonra öz-özünə yenidən işə düşür. Bun hal adətən 3-6 dəqiqə çəkir. Lakin aşağı temperatur şəraitində bu müddət uzana bilər.

Digər oxşar hadisələr müxtəlif ölkələrdə də qeydə alınıb və bu faktlar tibb aləmində hələ də araşdırılmaqdadır. Mütəxəssislər bildirirlər ki, belə hallar çox nadir baş versə də, insan orqanizminin imkanlarının hələ tam öyrənilmədiyini göstərir. Bu cür tibbi möcüzələr alimlər üçün yeni tədqiqat obyekti olmaqla yanaşı, həm də insan həyatının nə qədər sirli və mürəkkəb olduğunu göstərir.

Seçilən
21
metbuat.az

1Mənbələr