AZ

Heqsetdən xəbərdarlıq: Ən çox zərbə bu gün olacaq, sabah isə...

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün Prezidentin tapşırığı ilə Yaxın Şərqdə əməliyyat başlayandan bəri ən çox hava zərbəsi endiriləcək, sabah isə bu gündən də çox zərbə olacaq.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın hərbi naziri Pit Heqset Ağ Evdə Prezident Donald Trampla keçirilən mətbuat konfransında deyib.

“İranın seçimi olacaq. Ağılla seçim edin, çünki orezident zarafat etmir. Biz dəqiq hərəkət edirik. Biz hava məkanına nəzarət edirik”, - Heqset bildirib.

Qeyd edək ki, Tramp ötən gün İrana verdiyi vaxtın 7 aprel yerli vaxtla saat 20:00-da başa çatacağını açıqlamışdı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
axar.az

1Mənbələr