AZ

"Mənbəni açıqlayın, ya da həbsxanaya gedin" -Trampdan jurnalistlərə sərt xəbərdarlıq:

ABŞ Prezidenti Donald Tramp İranda amerikalı pilotun axtarışları ilə bağlı məlumatların sızdırılmasının arxasında duran şəxsi həbsxanaya göndərəcəyinə söz verib.

Redaktor.az xəbər verir ki, Ağ Ev rəhbəri bu məsələ ilə bağlı mövqeyini jurnalistlər üçün keçirilən brifinqdə açıqlayıb.

Onun sözlərinə görə, hakimiyyət orqanları artıq bu məlumatları ifşa edən şəxsin axtarışı ilə məşğuldur. Çıxışı zamanı Tramp məlumatı dərc etmək qərarına gələn jurnalistləri də həbs cəzası ilə hədələyib.

"Hesab edirəm ki, biz bunu müəyyən edə biləcəyik. Kim olursa-olsun. Çünki biz bu məlumatı yayımlayan kütləvi informasiya vasitəsinə müraciət edib deyəcəyik: bu, milli təhlükəsizlik məsələsidir, [mənbənin adını] açıqlayın, ya da həbsxanaya gedin", – deyə ABŞ lideri bəyan edib.

Tramp yekun olaraq qeyd edib ki, hüquq-mühafizə orqanları pilotun axtarışı ilə bağlı məlumat sızmasının arxasında duran şəxsi tapmalıdırlar, çünki söhbət "xəstə bir adamdan" gedir.

Bundan əvvəl Amerika lideri qeyd etmişdi ki, ABŞ qoşunları öz təyyarələrinin İrana keçməsinin qarşısını almaq üçün onları özləri məhv ediblər. Onun bəyanatına görə, hava gəmilərində xüsusi avadanlıqlar olduğu üçün onları "parça-parça etmək" qərarı verilib.

Seçilən
18
redaktor.az

1Mənbələr