AZ

Əraqçi: Region ölkələri ilə münasibətlərimiz yaxşıdır

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İran region ölkələri ilə, o cümlədən Qətərlə mehriban qonşuluq münasibətlərini qoruduğunu bildirib.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin baş naziri və XİN rəhbəri Məhəmməd bin Əbdülrəhman əl-Tani ilə telefon danışığında deyib.

Əraqçi qeyd edib ki, regionda mövcud vəziyyət ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları ilə bağlıdır. O, həmçinin ABŞ-ın region ölkələrindəki hərbi bazalardan istifadə etdiyini vurğulayıb.

İran tərəfi Qətərə xatırladıb ki, ölkələr öz ərazilərinin üçüncü dövlətlərə qarşı hərbi məqsədlərlə istifadəsinə imkan verməməlidir. Nazir əlavə edib ki, region dövlətləri kollektiv sülh və təhlükəsizlik istiqamətində hərəkət etməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
2
apa.az

4Mənbələr