“Mançester Siti”nin baş məşqçisinin köməkçisi Xosep Linders yarımmüdafiəçi Bernardu Silvanın mövsümün sonunda müqaviləsinin başa çatmasından sonra klubdan ayrılacağını təsdiqləyib.
90deqiqe.Az xəbər verir ki, "Sky Sports" Lindersin dediklərini belə çatdırıb.
“Kapitan unikaldır və onu başqa oyunçu ilə əvəz etmək mümkün deyil, çünki belə futbolçular yoxdur. Ümid edirəm ki, son aylarını yaxşı keçirəcək, cəmi altı həftə qalıb və o, layiqincə vidalaşacaq. O, bütün bu diqqətə layiqdir”, – deyə Linders bildirib.
Silva “Mançester Siti”nin heyətində altı dəfə İngiltərə çempionu olub. Cari mövsümdə futbolçu bütün turnirlərdə klubun heyətində 43 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.