AZ

Gecə saatlarında ən faydalı içki hansıdır? -Dietoloq AÇIQLADI

Çobanyastığı və ya darçınlı bitki çayları gecə saatlarında şəkərli içkilərə sağlam alternativ ola bilər.

Redaktor.az xəbər verir ki, dietoloq Treysi Lokvud Bekkerman "Eating Well" nəşrinə müsahibəsində bu barədə danışıb.

Bekkerman xüsusilə darçınlı çay içməyi tövsiyə edib. Çünki bu içki ikinci tip şəkərli diabetdən əziyyət çəkən insanlarda qandakı şəkərin səviyyəsini aşağı sala bilər. Öz növbəsində, bitki çayları orqanizmin susuzlaşmasının qarşısını alır ki, bu da qlükoza səviyyəsinin yüksəlməsinə mane olur.

Diyetoloqun sözlərinə görə, axşam saatlarında bir fincan isti çay içmək həm də ritualın özünün rahatlaşdırıcı təsiri sayəsində stress hormonu olan kortizolun səviyyəsini azaldır. "Çobanyastığı və ya lavanda kimi bitki çaylarını yavaş və ehtiyatla içmək orqanizmin dincəlməsinə kömək edir. Kortizolun yüksək səviyyəsi isə əksinə, hətta diabeti olmayan şəxslərdə belə orqanizmdə qlükoza istehsalını artıra bilər", - deyə Bekkerman izah edib.

Xədicə BAXIŞLI

 

Seçilən
14
1
redaktor.az

2Mənbələr