AZ

Neftimiz bahalaşır, bəs qiymətlər ucuzlaşacaq? AÇIQLAMA

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Dünya bazarında neftin qiymətinin artması daxili bazarda da qiymət artımına səbəb olub. Bu yüksəliş bir sıra məhsul və xidmətlərin, o cümlədən yanacaq və nəqliyyat xərclərinin bahalaşmasına təsir göstərir. İstehlakçılar və biznes sahibləri yeni qiymət səviyyəsinə uyğunlaşmaq məcburiyyətində qalırlar. Bu səbəbdən daxili bazarda qiymət artımları həm sosial, həm də iqtisadi baxımdan müzakirəyə çevrilib.İqtisadçı Rəşad Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, neft sektorundan gələn vergi gəlirlərinin və strateji valyuta ehtiyatlarının artması ölkənin maliyyə dayanıqlığı üçün müsbət amildir.Lakin bu "neft bərəkəti" istehlakçılar üçün eyni dərəcədə sevindirici deyil. Yanacaq xərclərinin artması nəqliyyatdan tutmuş gündəlik qida məhsullarına qədər hər şeyin qiymətinə təsir edir. İstehsal və daşıma xərclərinin yüksəlməsi biznes sahiblərini qiymət siyasətinə yenidən baxmağa vadar edir."Eyni zamanda, neft şirkətlərinin gəlirlərinin artması da nəzərə alına bilər. Bu halda ixrac saldosu güclənir və tədiyyə balansının profisiti artır, manatın məzənnəsinin sabit saxlanması imkanı yaranır.Amma bununla yanaşı, neft bütün növ mal və xidmətlərin maya dəyərinə təsir edən məhsul növlərindəndir. Beləliklə, neftin qiymətinin kəskin bahalaşması bütün növ mal və xidmətlərin qiymətinin artmasına gətirib çıxarır".Ekspert deyib ki, Azərbaycan isə bu məhsulların əsas hissəsini idxal etdiyi üçün, idxal zamanı məhsullar baha başa gəlir və nəticədə son istehlak qiymətləri artır, inflyasiya güclənir."Bu halda ölkədə hər bir vətəndaş və biznes zərərçəkən tərəf kimi çıxış edir.Yəni, dünya bazarlarında neftin qiymətinin bahalaşmasının Azərbaycanda qiymətlərin ucuzlaşmasına gətirib çıxaracağı yanaşması doğru deyil. Belə bir iqtisadi asılılıq və korrelyasiya mövcud deyil. Əksər hallarda korrelyasiya pozitivdir. Neftin qiyməti bahalaşırsa, məhsulların və xidmətlərin qiymətləri də bahalaşır. Neftin qiyməti ucuzlaşdıqda isə, dövlət müəssisələri tərəfindən göstərilən xidmətlər, kommunal xidmətlər, yanacaq və digər dövlət tərəfindən tənzimlənən məhsullarda da ucuzlaşma müşahidə olunur. Yəni burada müsbət korrelyasiya mövcuddur, tərs korrelyasiya deyil"- deyə o bildirib. Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
1
demokrat.az

2Mənbələr