Misli Premyer Liqasının XXVI turunda "Qarabağ" - "Karvan-Yevlax" matçından sonra Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının mövcud durumundan danışıb:
"Biz əvvəl uğursuz dövr yaşamışdıq, amma sonradan toparlanıb geri dönə bildik. Təbii ki, alınmayan oyunlar da olub. Daxili çətinliklər yaşanıb və bəzi futbolçular gözlədiyimiz səviyyədə çıxış etməyiblər. Komandamız həm potensiala, həm də təcrübəyə malikdir. Hər oyunda sona qədər mübarizə aparırıq ki, qələbə qazanaq.
"Sabah" komandası yaxşı tarazlığa malikdir. "Neftçi", "Zirə" və "Turan Tovuz" son matçlarda öz oyunlarını inkişaf etdiriblər və sabit nəticələr göstərirlər. Hər qarşılaşmaya ciddi hazırlaşmalıyıq və uğur üçün lazım olan prinsiplərdən dönməməliyik".
Qeyd edək ki, "Qarabağ" - "Karvan-Yevlax" görüşü Ağdam təmsilçisinin 7:0 hesablı qələbəsi ilə bitib.