AZ

Premyer Liqa: “Qarabağ”dan darmadağın

Bakı 6 aprel, AZƏRTAC

Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda "Karvan-Yevlax"ı qəbul edib.

Qarşılaşma ev sahiblərinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisi 55 xalla ikinci, Yevlax klubu isə 8 xalla sonuncu - 12-ci yerdədir.

Tura aprelin 7-də yekun vurulacaq. Daha əvvəl reallaşan matçlarda "Qəbələ" "Kəpəz"i (2:0), "Neftçi" isə "Sumqayıt"ı (3:1) üstələyib.

Seçilən
1
4
azertag.az

6Mənbələr