AZ

Pakistanın 12 günlük nefti qalıb

Bakı. Trend:

Yaxın Şərqdə eskalasiyaların davam etməsi və Hörmüz boğazındabeynəlxalq neft daşımalarının məhdudlaşdırılması fonunda PakistanınMaliyyə Nazirliyi ölkədə neft ehtiyatlarının yalnız 12 gün üçünkifayət edəcəyini bildirib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Pakistanın Maliyyə Nazirliyinin məlumatına görə, ölkəyə daxilolan yüklər və planlaşdırılmış idxal hesabına neft ehtiyatlarıtəmin edilir. Qurum həmçinin vurğulayıb ki, neft emalı zavodlarıoptimal səviyyədə fəaliyyət göstərir və benzin, dizel yanacağı,eləcə də neft təchizatı ilə bağlı ümumi vəziyyət hələlik sabitolaraq qalır.

Qeyd edək ki, Pakistanda hazırda enerji təminatı ilə bağlıböhran yaşanır.

Martın 9-da Pakistan hökuməti Yaxın Şərqdəki vəziyyət və Farskörfəzi ölkələrindən enerji daşıyıcılarının tədarükündə yarananfasilələr səbəbindən sərt yanacaq qənaəti tədbirləri tətbiqedib.

Martın 18-dən etibarən ölkədə məktəblərin fəaliyyətidayandırılıb, ali təhsil müəssisələri isə onlayn tədrisə keçib.Dövlət qurumlarının avtomobil nəqliyyatının yanacaqla təminatı 50faiz azaldılıb, onların avtoparkından istifadə isə 60 faiz ixtisaredilib.

Enerji resurslarına qənaət məqsədilə dövlət qulluqçularınınyarısı distant iş rejiminə keçirilib, bütün dövlət qurumlarında isədörd günlük iş həftəsi tətbiq olunub.

Məqalədə:
Seçilən
17
2
az.trend.az

5Mənbələr