AZ

Türk dövlətində orta ömür uzunluğu rekord həddə çatıb

Qazaxıstanda gözlənilən orta ömür uzunluğu rekord həddə — təxminən 76 ilə çatıb.

Azreform.info -ın Qazaxıstan mediasına istinadən verdiyi məlumata görə, bu, ölkənin müstəqillik tarihindəki ən yüksək göstəricidir.

Müqayisə üçün Səhiyyə Nazirliyi bildirib ki, müstəqilliyin ilk illərində — 1991-ci ildə orta ömür uzunluğu 67,6 il, 2001-ci ildə 65,6 il, 2011-ci ildə 68,98 il, 2021-ci ildə isə 70,23 il olub. Beləliklə, otuz beş il ərzində qazaxıstanlıların ömür uzunluğu səkkiz ildən çox artıb.

Orta ömür uzunluğunun artmasında əsas amillərdən biri qeyri-infeksion xəstəliklərlə mübarizə tədbirləri olub.

Seçilən
1
2
azreform.info

3Mənbələr