AZ

Dağıstan sel altında qaldı – dəhşətli görüntülər

Güney Qafqazı və ətraf regionları təsiri altına alan fasiləsiz və intensiv yağışlar Dağıstanda ağır fəsadlara səbəb olub. Sosial şəbəkələrdə yayılan son video görüntülər vəziyyətin miqyasını açıq şəkildə göstərir – yaşayış məntəqələri su altında qalıb, evlərə qədər yüksələn sel axınları küçələri yararsız hala salıb.

Musavat.com xəbər verir ki, ilkin məlumatlara görə, xüsusilə Mahaçqala, Dərbənd və Xasavyurt istiqamətlərində vəziyyət daha ağırdır. Bəzi ərazilərdə suyun səviyyəsi kritik həddə çatıb, infrastruktur zədələnib, yaşayış massivləri faktiki olaraq suya qərq olub. Yerli mənbələr minlərlə insanın təxliyə edildiyini bildirir.

Yayılan görüntülərdə sel sularının evlərin damına qədər qalxdığı, küçələrin çay yatağına çevrildiyi açıq görünür. Bu mənzərələrə soyuqqanlı baxmaq mümkün deyil.

Qeyd edək ki, son günlər Azərbaycanda, xüsusilə paytaxt Bakıda da güclü yağışlar nəticəsində bəzi ərazilərdə subasma, axıntılar və çökmə halları müşahidə olunub. Lakin mövcud vəziyyət Dağıstandakı fəlakətlə müqayisədə daha yüngül xarakter daşıyır.

Hazırda bölgədə fövqəladə vəziyyət elan olunması ehtimalı nəzərdən keçirilir, aidiyyəti qurumlar isə nəticələrin aradan qaldırılması istiqamətində iş aparır.

Musavat.com həmin dəhşətli görüntüləri təqdim edir.

Musavat.com

Seçilən
31
1
musavat.com

2Mənbələr