AZ

Bu nişanı görəndə qırmızı işıqda keçə bilərsiniz Sürücülərin nəzərinə VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Elan edildiyi kimi, bu il paytaxtın bir sıra küçə və prospektlərində hərəkətin təşkilində yeniliklər tətbiq ediləcək.

Avtosfer.az xəbər verir ki, Bakının Yasamal rayonu Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində icra olunan layihə artıq yekunlaşıb. Edilən dəyişikliklərlə bağlı nəqliyyat eksperti Elməddin Muradlı məlumat verib. O bildirib ki, əvvəlki hərəkət Əbdülvahab Salamzadə küçəsindən Tbilisi prospektinə - sağa dönərək yanacaqdoldurma məntəqəsinin qarşısından geriyə dönməklə təşkil edilmişdi:

“Əbdülvahab Salamzadə küçəsində edilən dəyişikliklərdən biri ondan ibarətdir ki, kəsişmənin yaxınlığında artıq 5.8.1 nişanı quraşdırılıb. Orta zolaq həm düzünə, həm də sola, sol zolaq ancaq sola, sağ zolaq ancaq sağa təşkil edilib. Bir çox sürücü sual edə bilər ki, bu ərazidə problem nədir? Əbdülvahab Salamzadə küçəsində körpünün altında həm də “Geriyə dönmə yeri” nişanı da quraşdırılıb. Yeni dəyişiklik odur ki, əgər geriyə dönmək istəmirsinizsə, yolayrıcından düzünə hərəkət edib Tbilisi prospektinə - sola dönmək mümkündür. Sağ zolaqda işıqforun üstündə bir nişan quraşdırılıb, biz əvvəllər də sürücülərə bu nişanın tələblərini bilməyin vacibliyini qeyd etmişdik. Bu nişanın tələbinə əsasən saoldan gələn avtomobillərə yol verməklə sağa dönmək olar”.

Elməddin Muradlının Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində edilən dəyişikliklə bağlı izahının videosunu təqdim edirik:

Səfər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
avtosfer.az

1Mənbələr