AZ

Saakaşvilidən sensasion bəyanat İVANİŞVİLİDƏN FƏRQLİ OLARAQ ƏLİYEVİN SİYASİ MƏHBUSU YOXDUR

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana səfəri bu ölkədə böyük maraqla qarşılanıb.

Gununsesi.info -nun xəbərinə görə, hazırda öz ölkəsində həbsdə olan sabiq Gürcüstan prezidenti Mixail Saakaşvili Əliyevin səfəri ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib:

“İlham Əliyevin Gürcüstana səfərini alqışlayıram. Əfqan Sadıqova gəldikdə isə, o, Bakıda tezliklə azadlığa buraxıldı; Əliyevin, İvanişvilidən fərqli olaraq, demək olar ki, siyasi məhbusları yoxdur.

Həmçinin Azərbaycanın keçmiş prezidenti Mütəllibov, hansı ki, Əliyevlərlə qarşıdurmada idi, heç kim tərəfindən həbs olunmayıb və Bakıda böyük hörmət içində yaşayır. Eyni şəkildə, Elçibəy də prezidentlikdən sonra ölümünə qədər Naxçıvanda xüsusi ayrılmış rezidensiyada yaşayırdı”.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
icma.az

1Mənbələr