AZ

“Yeraltı”da ŞOK dəyişiklik – Yeni aktyor gəlir, hər şey alt-üst olacaq!

Türkiyədə bu ilin ən çox müzakirə olunan və geniş auditoriya qazanan layihələrindən biri olan “Yeraltı” serialı artıq çərşənbə axşamlarının fenomeninə çevrilib. Dinamik süjeti, güclü aktyor heyəti və gərgin dramaturji xətti ilə seçilən bu ekran işi qısa müddətdə böyük maraq doğuraraq izləyicilərin diqqət mərkəzinə düşüb.

Serialın əsas uğur faktorlarından biri, şübhəsiz ki, fərqli aktyorları bir araya gətirən zəngin heyətidir. Layihədə Devrim Özkan, Deniz Can Aktaş, Sümeyye Aydoğan və Uraz Kaygılaroğlu kimi tanınmış simaların bir arada çıxış etməsi ekran qarşısında marağı daha da artırır.

a85dd07c-fb59-4d03-b7c4-686781b665aa.jpeg

Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, serialın aktyor heyətinə daha bir maraqlı ad – aksiyon səhnələrindəki uğurlu performansları ilə tanınan Murat Göçmez daxil olur. Onun iştirakı ilə süjetin daha da gərginləşəcəyi və yeni dramatik xətlərin açılacağı artıq indidən böyük maraq doğurur.

Cengiz kimdir? – Yeni obrazın sirli tərəfləri

Serialın 11-ci bölümündən etibarən tamaşaçı qarşısına çıxacaq olan Cengiz obrazı artıq sosial mediada müzakirə mövzusuna çevrilib.

Bəs Cengiz kimdir? Bu sual hələ ki, tam cavabını tapmasa da, əldə olunan ilkin məlumatlara əsasən, o, serialda yeni bir intiqam hekayəsinin mərkəzində duran obraz kimi təqdim olunacaq. Bu isə o deməkdir ki, “Yeraltı”nın onsuz da gərgin olan atmosferi daha da qızışacaq, hadisələr yeni istiqamət alacaq.

Yeni obrazı canlandıracaq Murat Göçmez 26 bu seriala qədər “Ufak Tefek Cinayetler”, “Atiye”, “Barbaroslar” və “Gelsin Hayat Bildiği Gibi” kimi məşhur layihələrdə rol alaraq geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Onun xüsusilə aksiyon səhnələrindəki təbii və inandırıcı oyunu aktyoru fərqləndirən əsas cəhətlərdəndir.

Xalidə Gəray
Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr