AZ

"İran əməliyyatı ABŞ daxilində narazılıq yaradıb" – Azad Məsiyev

"ABŞ-nin strateji məqsədi İranda hakimiyyəti dəyişib öz nəzarətinə keçirmək istəyir. Amma aparılan hərbi əməliyyatlar onu göstərdi ki, uzaq mənzilli raketlərlə ayrı-ayrı strateji obyektləri vurmaqla, dövlət və ictimai xadimləri qətlə yetirməklə İranda hakimiyyəti dəyişmək qeyri-mümkündür. İranda hakimiyyəti dəyişib öz nəzarətinə keçirmək üçün mütləq şəkildə quru əməliyyatları lazımdır ki, bu da ABŞ təkbaşına bu əməliyyatı apararsa, bir növ, bataqlığa girmiş olacaqdır ABŞ planına görə. İranda quru əməliyyatını aparması üçün İranın qonşu olan dövlətlərlə İran arasında bir münaqişənin başlanması planlaşdırılmış ki, bu da baş tutmadı. Məsələ burasındadır ki, Tramp hakimiyyəti bu cür əməliyyatı uzun müddətə apara bilməz. Uzun müddətdə belə bir hərbi əməliyyat aparılarsa, mütləq şəkildə Konqresdən icazə alınmalıdır, Konqresdən razılıq olmalıdır. Eyni zamanda aparılan bu əməliyyat ABŞ-nin ictimaiyyətində böyük bir narazılığa səbəb olub. Bu da ondan irəli gəlir ki, aparılan sorğular onu göstərir ki, Trampın reytinqi ABŞ-də ən aşağı həddə enibdir, təxminən 30%-ə düşüb. Bundan başqa, ABŞ-də Trampa respublikaçılara müxalif olan Demokratlar Partiyası aparılan bu əməliyyatdan öz siyasi məqsədləri üçün maksimum təbliğat qurubdur".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, ABŞ və İran arasında müzakirə olunan 45 günlük atəşkəs ehtimalı Yaxın Şərqdə onsuz da həssas olan güc balansını yenidən gündəmə gətirir. Regionda davam edən gərginlik fonunda belə bir fasilə yalnız hərbi deyil, həm də siyasi və diplomatik müstəvidə mühüm nəticələr doğura bilər. Belə bir atəşkəs tərəflərə mövcud vəziyyəti yenidən dəyərləndirmək, mövqelərini gücləndirmək və növbəti mərhələ üçün strategiyalarını müəyyənləşdirmək imkanı yarada bilər. Eyni zamanda, bu müddətin münaqişənin gələcək istiqamətinə təsiri regional güc balansında qısamüddətli sabitlik və ya yeni eskalasiya riskləri ilə müşayiət oluna bilər.

Siyasi şərhçi qeyd edib ki, 2026-cı ilin payızında ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərində Demokratlar Partiyası qalib gələrsə, Trampın impiçment məsələsi gündəmə gələ bilər.

Seçilən
21
aznews.az

1Mənbələr