AZ

Almaniya müharibəyə hazırlaşır? - 45 yaşdan kiçik kişilər xaricə gedərkən…

Almaniyada 17-45 yaş arası bütün kişilər artıq üç aydan çox xaricə səyahət etmək üçün Bundesverdən icazə almalıdırlar.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi bunun "effektiv hərbi qeydiyyat sistemini təmin etmək" üçün olduğunu bildirib.

Tələb hərbi xidməti modernləşdirən qanunun bir hissəsi kimi qüvvəyə minib. Yeni qayda ötən cümə günü “Frankfurter Rundschau” qəzeti bu barədə məlumat verənə qədər geniş ictimaiyyətin diqqətindən kənarda qalıb. BBC qeyd edir ki, bu qaydanın necə tətbiq olunacağı və qaydanı pozanlara nə olacağı hələ də məlum deyil.

Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, fövqəladə hallarda kimin uzun müddət xaricdə ola biləcəyini dövlət bilməlidir.

Bəyanatda gənclər üçün nəticələrin "uzunmüddətli" ola biləcəyi qeyd edilib və istisna qaydalarının "lazımsız bürokratiyanın qarşısını almaq da daxil olmaqla" hazırlandığı qeyd edilib.

Bu tələbin hüquqi əsası Almaniyanın 1956-cı il tarixli “Hərbi xidmətə çağırış haqqında” qanununda göstərilib ki, bu qanuna bir neçə dəfə (sonuncu dəfə ötən ilin dekabr ayında) düzəliş edilib.

“Hərbi modernləşdirmə qanunu” Bundesverin şəxsi heyətinin sayının 2035-ci ilə qədər təxminən 180.000-dən 260.000-ə qədər artırılmasını nəzərdə tutur.

Ötən ilin dekabr ayında Almaniya parlamenti könüllü hərbi xidmətin tətbiqinə səs verib, yəni yanvar ayından etibarən bütün 18 yaşlı gənclərə orduya qoşulmaqda maraqlı olub-olmadıqlarını soruşan anket göndəriləcək.

Almaniyada qadınlar orduya yazıla bilərlər, lakin ölkə konstitusiyasına görə, bu, yalnız könüllü əsaslarla olmalıdır.

Digər Avropa ölkələri kimi, Almaniya da 1990-cı illərdə silahlı qüvvələrinin sayını azaltmışdı. “Soyuq müharibə” dövründə Almaniya ordusunda təxminən yarım milyonluq şəxsi heyət var idi.

Bu ölkədə məcburi hərbi xidmət 2011-ci ildə kansler Angela Merkelin dövründə ləğv edilib.
Hazırkı kansler Fridrix Merz Almaniya ordusunu Avropanın ən güclü ordusuna çevirəcəyinə söz verib.

Musavat.com

Seçilən
27
musavat.com

1Mənbələr