AZ

Hövsanda heyrətləndirən ev: Köhnə əşyalara ikinci həyat verdik VİDEO

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Baku TV Hövsan kəndində yaşayan kolleksioner Elnur Kazımovun evindən reportaj hazırlayıb.

O, illərdir mənzilində qədim əşyaların zəngin kolleksiyasını toplayır: buraya mis məişət nümunələri, xalça-palazlar, patefon və digər tarixi dəyərə malik eksponatlar daxildir.

Hövsanda heyrətləndirən ev: "Köhnə əşyalara ikinci həyat verdik" - VİDEO

Şərqşünaslıq fakültəsini bitirən kolleksioner bildirir ki, qədim əşyalara marağı tələbəlik illərində yaranıb və zaman keçdikcə bu, onun sevimli hobbisinə çevrilib:

"Köhnə əşyalara ikinci həyat verdik".

Elnur Kazımov evində şəxsi kitabxanasını da böyük qayğı ilə qoruyub saxlayır. O, ayrıca bir otaq inşa etdirərək burada 6 500-dən çox kitab yerləşdirib. Bundan əlavə, 2500-dən artıq kitab hələ də rəflərə düzülməyib.

Kolleksionerin sözlərinə görə, kitabxanasında elə nadir nüsxələr var ki, onlara hətta Milli Kitabxanada belə rast gəlinmir. Onun arxivində məşhur "Molla Nəsrəddin" jurnalının müxtəlif nüsxələri də yer alır.

E.Kazımov kolleksiyasının ən qiymətli tapıntısının "Füyuzat" jurnalının bütün nömrələrinin toplandığı cild olduğunu və onu 350 manata əldə etdiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
oxu.az

1Mənbələr