AZ

Həmin ərazi ilk dəfə belə lentə alındı -

Aya səyahətlərini davam etdirən “Artemis II” missiyasındakı astronavtlar Yerin peykinin yeni fotolarını paylaşıblar. Metbuat.az xəbər verir ki, Orion kosmik gəmisindən çəkilmiş şəkillərdə Orientale hövzəsinin bir hissəsi əks olunub. NASA, təxminən 965 kilometr enindəki kraterin Ayın görünən və qaranlıq tərəfləri arasındakı keçid zonasını təmsil etdiyini bildirib.

Qeyd edək ki, əvvəllər yalnız robot vasitəsilə görüntülənən bu bölgə ilk dəfə pilotlu missiya tərəfindən qeydə alınıb.

Seçilən
17
2
metbuat.az

3Mənbələr