AZ

Macarıstan qaz kəmərinə qarşı təxribat iddiasını araşdırır

Macarıstanın Baş naziri Viktor Orban Rusiya qazını ölkəyə daşıyan boru kəmərinin yaxınlığında partlayıcı maddələrin aşkar edilməsindən sonra Milli Müdafiə Şurasının təcili iclasını çağırıb.

BBC xəbər verir ki, hadisə qonşu Serbiya ilə sərhəd bölgəsində, “TürkAxını” qaz kəmərinin Macarıstana keçdiyi nöqtədən təxminən 20 kilometr aralıda baş verib. Serbiya ordusu Kanjiza rayonunun Tresnevac kəndi yaxınlığında partlayıcı maddələr və detonatorlarla dolu iki çanta tapdığını açıqlayıb.

Serbiya Prezidenti Aleksandra Vuçiç bildirib ki, bu barədə Viktor Orbana məlumat verilib və istintaqın nəticələri Macarıstan tərəfi ilə paylaşılacaq.

Bu hadisə Macarıstanda gələn bazar günü keçiriləcək mühüm parlament seçkiləri ərəfəsində baş verib. 

Xarici işlər naziri Peter Siyarto bildirib ki, son həftələrdə ölkənin enerji təchizatına qarşı müxtəlif təhdidlər müşahidə olunub.

V.Orban hökuməti uzun müddətdir ki, Avropa İttifaqının Rusiya enerji idxalından imtina çağırışlarına qarşı çıxır. Macarıstan və Slovakiya “TürkAxını” vasitəsilə hər il 5-8 milyard kubmetr həcmində Rusiya qazı alır.

Təhminə VERDİYEVA,

“Azərbaycan” 

Seçilən
19
azerbaijan-news.az

1Mənbələr