AZ

Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı

style='margin-bottom:10px;'>

Polşa Ekstraklasasında 27-ci turun oyunları keçirilir. 

QOL.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi "Motor" səfərdə "Radomyak"ın qonağı olub.

Qarşılaşmada qalib müəyyənləşməyib. Görüşdə hesabı 21-ci dəqiqədə qonaqlar açsalar da, meydan sahibləri ikinci hissənin dərhal əvvəlində tarazlığı bərpa edərək məğlubiyyətdən xilas ola biliblər.

6 aprel

"Radomyak" - "Motor" - 1:1

Qollar: R.Volski, 47 - K.Çubak, 21

Renat Dadaşov sabiq klubuna qarşı keçirilən matçı ehtiyat skamyasından izləyib. Xatırladaq ki, Dadaşov 2025-ci ildə "Radomyak"da çıxış edib.

Qeyd edək ki, bu nəticədən sonra “Motor” 38 xalla turnir cədvəlində 8-ci pillədə yer alır.

Seçilən
29
1
teleqraf.com

2Mənbələr