AZ

TƏCİLİ! Tramp QƏRARINI VERDİ – Davam edir

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən Pasxa tədbiri zamanı İranla bağlı səs-küyə səbəb olacaq bəyanatlar səsləndirib. Tramp rəsmi Tehranın neft resurslarına nəzarət etmək üçün hərbi əməliyyatların davam etdirilməsində maraqlı olduğunu gizlətməyib.

NOCOMMENT.az xəbər verir ki, ABŞ lideri çıxışında iqtisadi maraqları ön plana çəkərək bu sözləri qeyd edib:

“Əgər bu məndən asılı olsaydı, mən müharibəni davam etdirərdim. Nefti götürərdim, onu özümə saxlayardım və biz çoxlu pul qazanardıq”. Tramp bu yanaşmanın ölkəsi üçün böyük gəlir mənbəyi ola biləcəyinə işarə edib.

Buna baxmayaraq, prezident daxili auditoriyanın rəyini də nəzərə aldığını bildirib. O vurğulayıb ki, ABŞ cəmiyyəti hazırda müharibənin başa çatmasının tərəfdarıdır və bir lider kimi xalqın bu istəyini, onları xoşbəxt etmək niyyətini diqqətdən kənarda qoymayacaq.

Digər tərəfdən, regionda gərginlik diplomatik müstəvidə də davam edir. Belə ki, İran tərəfi ABŞ-ın atəşkəs təklifini rədd edib. Rəsmi Tehran müharibənin yalnız ölkənin milli maraqları tam təmin olunacağı təqdirdə dayandırıla biləcəyini və hərbi əməliyyatların birdəfəlik başa çatdırılmasının zəruriliyini bəyan edib.

Sara,
NOCOMMENT.az

Seçilən
17
nocomment.az

1Mənbələr