AZ

“Qalatasaray” ulduz futbolçu üçün kəsənin ağzını açdı

“Mançester Yunayted”in futbolçusu Manuel Uqarte karyerasını Türkiyədə davam etdirə bilər. Metbuat.az xəbər verir ki, “Qalatasaray” futbolçunun xidmətində maraqlıdır. "Caught Offside"də yer alan xəbərə görə, “Qalatasaray” "Yuventus"un da maraq göstərdiyi Manuel Uqarte üçün böyük büdcə xərcləməyə hazırdır. Məlumata görə, "Mançester Yunayted" yarımmüdafiəçi üçün 40 milyon avro transfer haqqı tələb edir. “Aston Villa" və "Nyukasl Yunayted" klublarının da futbolçunun xidmətində maraqlı olduğu iddia edilir.

Qeyd edək ki, "Qalatasaray" mövsümün fasiləsində Manuel Uqartenin transferi ilə bağlı "Mançester Yunayted"lə də danışıqlar aparmışdı.

Seçilən
32
metbuat.az

1Mənbələr