AZ

“Crocus City Hall” işi üzrə məhkum olunan şəxs istintaq təcridxanasında intihar edib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Moskva, 6 aprel, AZƏRTAC

“Crocus City Hall”da törədilən terror aktı üzrə məhkum olunan şəxslərdən biri intihar edib.

AZƏRTAC xəbər verir ki, mediada yayılmış məlumata görə, söhbət xüsusi rejimli koloniyada ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 37 yaşlı Yakubjoni Yusufzodadan gedir. Həmin şəxsdə mexaniki asfiksiya əlamətləri qeydə alınıb. Hadisə yerində istintaq orqanları işləyir, baş verən hadisənin bütün təfərrüatları müəyyənləşdirilir.

İstintaqın məlumatına görə, o, hücumdan bir neçə gün əvvəl terror aktının icraçıları üçün yaşayış yerinin ödənilməsi məqsədilə pul vəsaitləri köçürüb, vəsaitlərin bir hissəsini isə cinayət törədildikdən dərhal sonra onlardan birinə göndərib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
azertag.az

2Mənbələr