AZ

"SOCAR CAPE"in yanvar-fevral aylarında ixracdan əldə etdiyi gəlirlər məlum oldu

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında "SOCAR CAPE"in ixracdan əldəetdiyi gəlirlər 328,3 min ABŞ dolları təşkil edib.

Trend bu barədəİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM)açıqladığı “İxrac icmalı”nın mart nəşrinə istinadən xəbərverir.

Ötən ilin yanvar-fevral aylarında gəlirlərlə bağlı məlumatlardərc olunmamışdı.

Onu da qeyd edək ki, qeyri-neft sektoru üzrə ixracəməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərinsiyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsibaşçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsilolunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium”MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxracİdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC,"SOCAR-DALĞIC"MMC, "Azərbaycan Dəmir Yolları" QSC, Naxçıvan MR Dövlət EnergetikaXidməti, "İstisu" mineral su zavodu Məhdud MəsuliyyətliCəmiyyəti.

Məqalədə:
Seçilən
0
3
az.trend.az

5Mənbələr