AZ

45 günlük müvəqqəti atəşkəsin İran siyasətində yeri yoxdur

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İran, savaşın sona çatması üçün zəruri şərtlər təmin edilmədən aparılacaq hər hansı razılaşmanın yalnız düşmənə yenidən toparlanmaq imkanı verəcəyini bildirir.

Bizimyol.info xəbər verir ki, "Tesnim" agentliyi yazır ki, Amerikan-İsrail mediası "Axios" yaxınlarda bəzi vasitəçilərin mövcud münaqişədə 45 günlük müvəqqəti atəşkəs əldə etməyə çalışdığını və bu müddət ərzində savaşın bitməsi üçün danışıqlar aparmaq istədiklərini xəbər verib. Yəni əslində, bu 45 gün ərzində də müharibənin kölgəsi davam edəcək.

Hələ rəsmi açıqlama verilməsə də, agentlik ABŞ-da və xüsusən İran kontekstində "Mossad"ın psixoloji əməliyyatlarının bir vasitəsi kimi tanınır.

"Tesnim"in müharibə analiz qrupunun bu xəbərlə bağlı qiymətləndirməsi belədir:

Tramp, ehtimal ki, İranın elektrik stansiyaları və digər kritik infrastrukturlarına yönələn hər hansı addıma sərt cavab verəcəyi ehtimalını bilərək, bu təhdiddən üçüncü dəfə geri çəkilməyi sınaqdan keçirir. Bu tip xəbərlər isə bəlkə də bu strategiyanın bir hissəsi kimi yayılır. Lakin bu yalnız bir ehtimaldır.

İran dəfələrlə müvəqqəti atəşkəs təkliflərinə qarşı çıxdığını vurğulayıb; məsələn, yaxınlarda təklif olunan 48 saatlıq atəşkəsi rədd edib. Bu qarşı çıxışın səbəbi aydındır: Müharibə təzyiqi altında olan və strateji çətinliyə düşmüş Amerikan-Sionist düşmənlər, çərçivəsiz və sadə atəşkəs imkanlarından istifadə edərək silahlı və strateji böhranlardan çıxmaq istəyir.

Müvəqqəti atəşkəs və müharibə kölgəsi altında, İran savaşın sona çatması üçün zəruri şərtlər təmin edilmədən aparılacaq hər hansı razılaşmanın yalnız düşmənə yenidən toparlanmaq imkanı verəcəyini bildirir. Hətta atəşkəs zamanı belə düşmən, müharibə təhdidini davam etdirərək hərbi, iqtisadi, siyasi və digər sahələrdə İran əleyhinə qazanc əldə edəcək.

İran rəsmilərinin dəfələrlə vurğuladığı çərçivələri nəzərə alsaq, “müharibə kölgəsini qoruyaraq müvəqqəti atəşkəs” İran doktrinasında mövcud münaqişəni sona çatdırmaq üçün heç bir yer tutmur.

İran bildirir ki, müharibə yalnız müəyyən şərtlərlə sona çata bilər və bu şərtlərdən biri də Amerikan-İsrailin yenidən hücum etməyəcəyinə dair konkret təminatdır. Bununla yanaşı, digər kompromisə gəlməyən şərtlər də açıqlanıb.

Əlavə olaraq, Hörmüz Boğazına dair yeni tənzimləmə məsələsi də açıqdır və bu boğaz heç vaxt müharibə öncəsi vəziyyətinə qayıtmayacaq.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
icma.az

1Mənbələr