AZ

IRS Naslediye: “Ağ Şəhər”dən tutmuş tarixi tədqiqatlara qədər

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Moskva, 6 aprel, AZƏRTAC

“IRS-Naslediye” jurnalının yeni nömrəsi Azərbaycanın müasir inkişafına, tarixi irsinə və dövlətçiliyinin əsas mərhələlərinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, nəşrin əsas mövzusu Bakıda həyata keçirilən, keçmiş sənaye ərazilərini müasir məkana çevirən və paytaxtın yeni memarlıq imicini formalaşdıran genişmiqyaslı “Ağ Şəhər” şəhərsalma layihəsidir. Baş redaktor Musa Mərcanlının məqaləsində qeyd edilir ki, infrastrukturun və şəhər mühitinin fəal inkişafı, Azərbaycanın o cümlədən gələn ay keçiriləcək Dünya Şəhərsalma Forumu da daxil olmaqla, qlobal forumların keçirilməsi üçün məkan kimi beynəlxalq nüfuzunun gücləndirilməsinə töhfə verir.

XIX əsrin sonlarına aid dəyərli tarixi mənbənin - Qarabağdakı dövlət yay otlaqlarının xəritəsinin təhlilinə xüsusi diqqət yetirilib. Qeyd olunur ki, bu materialda bölgənin əhalisi və toponimiyası haqqında geniş məlumat var və bu da həmin dövrdə Qarabağın etnik və demoqrafik strukturunun obyektiv şəkildə yenidən qurulmasına imkan verir. Jurnalda vurğulanır ki, təqdim olunan məlumatlar XX əsrin sonlarında erməni millətçi dairələri tərəfindən irəli sürülən ərazi iddialarının əsassız olduğunu sübut edir.

Jurnalın bu nömrəsində həmçinin Muğan Qurultayının 290 illiyi nəzərdən keçirilir ki, burada Nadir Əfşar faktiki hökmdar elan edilib və bu, regionun tarixində dönüş nöqtəsi olub. Vurğulanır ki, bu siyasi proses çətin tarixi dövrdə idarəetməni və legitimliyi qoruyaraq, dağıdıcı parçalanma olmadan hakimiyyətin Əfşar dövlətinə keçməsini təmin edib.

Bundan əlavə, nömrədə oxucuların Azərbaycanın tarixi, mədəniyyəti və müasir inkişafı haqqında biliklərin dərinləşdirilməsinə yönəlmiş ənənəvi materiallar yer alır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
azertag.az

1Mənbələr