ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Artıq bir neçə gündür ki, ictimai nəqliyyatda fəaliyyət göstərən sürücülərin davranışlarından narazılıqlar artmaqda davam edir.
Avtosfer.az-ın qaynar xəttinə müraciət edən vətəndaş şikayətində bildirib ki, 191 nömrəmi marşrut avtobusunun sürücülərinin əksəriyyəti yollarda kobud qayda pozuntusu törədirlər. Martın 30-u xətdə olan “Daewoo” markalı, 10 –TG-118 qeydiyyat nişanlı avtobusun sürücüsü nəqliyyat vasitəsini işə salandan telefonla danışmağa başlayıb. Arada bir kiçik fasilələr versə də, düz Əmrican qəsəbəsinə qədər telefon qulağında qalıb.
Videodan da aydın görünür ki, sürücünün telefonla bağlı hansısa narahatlığı yoxdur və o bu halı qanun pozuntusu olaraq görmür. Sürücünün pozduğu qayda sərnişinlərin də həyatını təhlükəyə atır. Vətəndaşlar aidiyyəti qurumlardan belə halların qarşısını almağı və sürücülərin cəzalandırılmasını tələb edir.
Səfər
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.