AZ

İran ABŞ-nin sülh təklifinə verdiyi cavabı rəsmən açıqladı - İRNA

Tehran administrasiyası ABŞ-nin Pakistan vasitəçiliyi ilə müharibəyə son qoymaq təklifinə cavab verib.

Teleqraf xəbər verir ki, bu barədə rəsmi İRNA agentliyi məlumat yayıb.

Məlumata görə, İran mövcud şərtlər daxilində atəşkəsi qəbul etmədiyini açıq şəkildə bildirib.

Tehran administrasiyası müvəqqəti həll əvəzinə, tələblərini yerinə yetirməklə müharibənin birdəfəlik dayandırılmalı olduğunu vurğulayıb.

İranın cavabındakı əsas məqamlardan biri Hörmüz boğazıdır. Tehran regiondakı münaqişələr bitdikdən sonra boğazdan təhlükəsiz keçidi təmin edən protokol tələb edib. Tələbləri arasında iqtisadi sanksiyaların qaldırılması və müharibədən sonrakı yenidənqurma prosesinə dəstək də yer alır.

İran eyni zamanda ​​tələblərinə hörmət edilməsinin vacibliyini vurğulayıb və həllin bu çərçivədə mümkün ola biləcəyini vurğulayıb.

Axios-un məlumatına görə, ABŞ rəsmisi bildirib ki, İran müharibəyə son qoymaq təklifinə 10 bəndli cavab göndərib. ABŞ rəsmisi bu cavabın "maksimalist" olduğunu bildirib.

Seçilən
19
1
teleqraf.com

2Mənbələr