Olaylar xəbər verir ki, Kremlin sözçüsü bildirib ki, Ukrayna dəfələrlə oxşar təxribat aktları həyata keçirib.
"Güman etmək olar ki, bu dəfə də Kiyev rejiminin müdaxiləsinin bəzi izləri aşkar ediləcək", - deyə o etiraf edib.
Peskov həmçinin bildirib ki, Rusiya "Türk Axını" və "Mavi Axın" qaz kəmərlərinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görür .
Bundan əlavə, o, "Türk Axını" və "Mavi Axın"a qarşı hücumlarla bağlı vəziyyəti çox təhlükəli adlandırıb .
Daha əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç Macarıstana aparan qaz kəmərinin yaxınlığında partlayıcı maddələrin tapıldığını bildirmişdi.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31