AZ

Beyləqanda beşotaqlı ev tamamilə yanıb (FOTO)

Beyləqan. Trend:

Beyləqan rayonunda yanğın hadisəsi qeydə alınıb. Hadisə rayonunDünyamalılar kəndində baş verib.

Trend-in yerlimüxbiri xəbər verir ki, kənd sakini Mahir Abdullayevə məxsusbeşotaqlı fərdi yaşayış evində başlayan yanğın qısa müddətdəgenişlənib. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin DövlətYanğından Mühafizə Xidmətinin Beyləqan rayon bölməsinin texnika vəşəxsi heyəti cəlb olunub.

Operativ müdaxilə nəticəsində yanğın söndürülüb və alovunyaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Lakin ev içərisindəkiəşyalarla birlikdə tam yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Beyləqanda
Beyləqanda
Beyləqanda
Beyləqanda
Məqalədə:
Seçilən
25
az.trend.az

1Mənbələr