İsrail Müdafiə Ordusu İranın üç hava limanına - Bəhram, Mehrabad və Azmayeşə zərbələr endirərək hərbi obyektləri və aviasiya texnikasını vurub.
Missiya.Az "Report"-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu sosial şəbəkələrdə məlumat yayıb.
Bildirilib ki, hücumlar aprelin 6-na keçən gecə İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) onlarla qırıcısı ilə həyata keçirilib. Zərbələr kəşfiyyat məlumatları əsasında endirilib və İran HHQ-nin, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aviasiyasının zəiflədilməsinə yönəlib.
Qeyd olunub ki, hava limanlarına endirilən zərbələr nəticəsində təyyarə və helikopterlər də daxil olmaqla onlarla hava hədəfi, həmçinin hərbi infrastruktur vurulub.
"Mehrabad hava limanı SEPAH-ın "Qüds" qüvvələri tərəfindən regiondakı müttəfiq qruplaşmaların silahla təchizatı və maliyyələşdirilməsi üçün əsas qovşaq kimi istifadə edilirdi", - İsrail ordusu bildirib.