AZ

“Pulun dövretmə sürətinin azalması iqtisadi aktivliyin zəiflədiyini göstərir”

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Bu il martın 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 2,83 bənd təşkil edib.

Gununsesi.infoAzərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,01 bənd, ilin əvvəli ilə müqayisədə 0,37 bənd, ötən il martın 1-nə nisbətən isə 0,4 bənd azdır.

İqtisadçı Eldəniz Əmirov məsələyə münasibət bildirib:

“Bu o deməkdir ki, eyni 1 manat il ərzində cəmi 2,8 dəfə iqtisadi əməliyyatlarda istifadə olunur. Müqayisə üçün deyim ki, 2005-ci ildə bu rəqəm 15,7 idi. 2015-ci ildə devalvasiya ərəfəsində isə 2,68-ə düşmüşdü. Yəni trend aydındır, hazırda pul daha yavaş hərəkət edir.

Bu nə deməkdir?

İnsanlar və bizneslər daha çox gözləyir, daha az xərcləyir. Pul iqtisadiyyatda dövr etməkdənsə, dayanır və gözləyir? Dayanıb gözləmə.səbəbləri isə çoxdur.

Əlqərəz, pulun dövretmə sürətinin azalması iqtisadi aktivliyin ritmini göstərən göstəricidir.

Pul nə qədər tez hərəkət edirsə, iqtisadiyyat da o qədər canlanır.

Pul yavaşlayanda isə iqtisadiyyatın nəfəsi də zəifləyir”.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
icma.az

1Mənbələr