AZ

“Ukraynanın dəstəyi zəifləsə, Rusiya üstünlük qazana bilər” POLİTOLOQ ŞƏRH ETDİ

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Rusiya ilə Ukrayna arasında müharibə hələ də davam edir və tərəflər razılığa gələ bilmir.

Dünyada baş verən digər hadisələr də bu vəziyyətə təsir edir və vəziyyəti çətinləşdirir. Böyük dövlətlər arasında fikir ayrılığı da açıq şəkildə görünür.

Maraqlıdır, belə halda müharibənin yaxın zamanda bitmə ehtimalı ola bilərmi?

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Gununsesi.info-ya danışıb:

“Rusiya və Ukraynanın hər ikisinin konkret müharibənin bitməsi ilə bağlı tələbləri var. Məsələn, Rusiyanın tələbi odur ki, Ukrayna Donbas bölgəsini tamamilə tərk etsin və Rusiya tərəfi bu bölgədə yerləşsin, yəni bu bölgəyə otursun. Bundan sonra artıq müharibə bitməlidir. Rusiyanın istəyi isə budur ki, Ukrayna Donbasdan geri qalan hissəsindən də qoşunlarını çıxarsın.

Ancaq təbii ki, Ukrayna buna razı olmayacaq, çünki ölkənin ərazisi işğal altındadır və hazırda işğalçılara qarşı mübarizə aparır. Yəni Ukrayna burada tamamilə haqlıdır və Rusiya qoşunlarının işğal etdiyi torpaqlardan tamamilə çıxmasını tələb edir.

Rusiyanın düşüncəsi isə fərqlidir. Rusiya deyir ki, Donbas bizə qalmalıdır və bundan sonra müharibə bitməlidir. Hal-hazırda müharibənin bitməsi üçün əsas yoxdur. Yəni ya bu məsələ tək tərəfli olmalıdır — Ukrayna bu ərazidən çıxmalıdır və ya Rusiya bu ərazini işğal etməlidir, bundan sonra müharibə dayandırılmalıdır. Və ya Rusiya qoşunları Ukrayna ərazisindən çıxmalıdır. İkisi də hal-hazırda mümkün deyil”.

O qeyd edib ki, İrandakı müharibənin başlamasından sonra ABŞ bütün əsas diqqətini İrana verib və Avropa dövlətlərini ciddi şəkildə təhdid edir:

“Məsələn, ABŞ bildirir ki, mən NATO-dan çıxacam, yəni artıq Avropanı müdafiə etməyəcəm. Açıq şəkildə deyir ki, mən Avropanın təhlükəsizliyi ilə məşğul olmayacağam və sizi Rusiyanın və Çinin qarşısında tək buraxacağam . Öz təhlükəsizliyinizlə siz məşğul olmalısınız.

Avropa ölkələri isə İran məsələsində ABŞ-a kömək etmək istəmir. Bir çox dövlət rəsmi açıqlama verib ki, belə bir niyyətimiz yoxdur. Məsələn, İspaniyanın mövqeyi konkret şəkildədir: ölkə prosesi yaxından izləməməkdədir və hətta İranı diplomatik müstəvidə dəstəkləyir.

Bu isə göstərir ki, Ukraynaya yardım məsələsi Avropa tərəfindən zəifləyə bilər. Əgər bu müharibə İrandakı məsələlər fonunda davam edərsə və Avropa ölkələri ABŞ-ın təhdidini qəbul edərək İran ətrafında koalisiyaya qoşularsa, o zaman Ukrayna çətin vəziyyətə düşə bilər. Rusiya istədiyindən daha tez nəticəyə nail ola bilər, çünki Ukraynanın əsas dəstəyi Avropadan gəlirdi.

Əgər Avropadan dəstək gəlməsə, yaxın müddətdə bu müharibə Rusiyanın xeyrinə bitə bilər. Ancaq bu, Ukrayna dövlətçiliyinin məhvinə gətirib çıxaracaq və Avropanın təhlükəsizliyinə ciddi zərbə vuracaq bir məsələdir”.

Şəbnəm Rəhimova

 Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
icma.az

1Mənbələr