Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.
Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanovun “Araz-Naxçıvan” klubunun prezidenti vəzifəsinə təyin olunacağı iddia edilir.
İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Emin Abbasov ATV-də yayımlanan “Futbolumuz” verilişində danışıb.
Onun sözlərinə görə, məlumatı Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundovdan əldə edib.
İddialara əsasən, C.Sultanov bu postda Ramin Axundovu əvəz edəcək və yaxın vaxtlarda məsələ ilə bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.
Xatırladaq ki, Ceyhun Sultanov ötən ilin may ayında “Araz-Naxçıvan” klubuna idman direktoru təyin olunmuşdu.
Qeyd edək ki, Ramin Axundovun adı 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı cinayət işində hallanır. Onun ölkədən qaçaraq gizləndiyi, barəsində qiyabi həbs qətimkan tədbiri seçildiyi və axtarışa verildiyi bildirilir. Eyni zamanda, qardaşı Zaur Axundov da xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə üzləşib və hazırda ev dustaqlığında olduğu qeyd olunur.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.