AZ

Həkim evlərə dolan kanalizasiya sularından danışdı: "Hepatit A virusu yayıla bilər"

Son iki gün ərzində paytaxt ərazisinə yağan yağışlar bəzi yerlərdə kanalizasiya sularının daşaraq evlərə dolması ilə nəticələnib.

Kanalizasiya suyu dolan evləri dezinfeksiya etmədən yaşamaq sağlamlıq üçün hansı təhlükələri yaradır?

Həkim-terapevt Şəhvələd Məmmədov Redaktor.az-a açıqlamasında bildirdi ki, kanalizasiya sularının evlərə dolması çoxsaylı fəsadlar yarada bilər:

"Dövlət bu barədə tədbir görməli, dezinfeksiya işləri aparılmalıdır. Yaşayış olan ərazilərdə kanalizasiya borularının vəziyyəti araşdırılmalı və təmir edilməlidir. Ondan sonra dezinfeksiya işləri aparılmalıdır. Dezinfeksiya işləri aparılmasa, bu, ciddi fəsadlara səbəb ola bilər".

Müsahibimiz vurğuladı ki, ən çox uşaqlar arasında, havalar isinən kimi bağırsaq infeksiyalarının – dizenteriya, malyariya və bir sıra digər xəstəliklərin yayılması riski artır:

"Həmçinin enterovirus, rotavirus kimi bağırsaq pozuntularına səbəb olan virus infeksiyalarının, eləcə də müxtəlif iltihabi xəstəliklərin ortaya çıxmasına gətirib çıxara bilər.

Qeyd etmək lazımdır ki, Dağıstanda subasmalardan sonra kütləvi şəkildə, əsasən uşaqlar arasında Hepatit A-ya qarşı peyvəndləmə işləri aparılır. Təhlükələrdən biri də Hepatit A virusunun yayılmasıdır".

Aytəkin TOFİQQIZI

Seçilən
4
1
redaktor.az

2Mənbələr