AZ

“Ukraynanın 10 illik münaqişə üçün kifayət qədər insan resursu var” - Ali Radanın deputatı

Ukraynanın Rusiyaya qarşı hərbi münaqişəni ən azı növbəti 10 il davam etdirmək üçün kifayət qədər canlı qüvvəsi var.

Herbiand.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının xarici siyasət komitəsinin rəhbəri Aleksandr Merejko “The Independent” qəzetinə verdiyi müsahibədə bildirib.

Deputat qeyd edib ki, şəxsi heyətin sayına baxsaq, 10 il və hətta daha uzun müddət döyüşməyə davam etmək üçün kifayət qədər canlı qüvvəmiz var: “Ukrayna Silahlı Qüvvələrinin üzləşdiyi əsas problemlərdən biri cəmiyyətin hərbi xidmətə münasibətidir. Xüsusilə, vətəndaşların əksəriyyəti bunu “birtərəfli bilet” kimi qəbul edir”.

Ancaq Ali Radanın digər deputatı Maksim Bujanski özünün Telegram kanalında həmkarının sözlərinə son dərəcə mənfi münasibət bildirib: “Xalq deputatı Merejko həmin 10 ilin neçəsində şəxsən döyüşmək niyyətində olduğunu dərhal göstərsəydi, ədalətli və dürüst olardı. Ona görə ki, adətən axmaq göründüyü kimi olmamaq üçün”

Bəxtiyar CƏFƏRLİ

Seçilən
37
herbiand.az

1Mənbələr