Yeni aparılan bir araşdırmaya görə, yaxın dostlarınız üçün pul xərcləmək yalnız münasibətləri gücləndirmir, eyni zamanda sağlamlığınıza da müsbət təsir göstərir.
Ölkə.az xəbər verir ki, bu barədə "British Columbia" Universiteti məlumat yayıb.
Aparılan tədqiqata görə, insanların yaxın dostları üçün xərclədikləri zaman stres səviyyələrinin azaldığını və ümumi həyat məmnuniyyətinin yüksəldiyini ortaya qoyub.
Araşdırma nəticələri göstərir ki, bu cür sosial xərcləmələr ürək-damar sağlamlığına faydalıdır və uzunömürlülük riskini artırır.
Həmidə İbrahimova