Evdə mədə yanmasından necə qurtulmaq olar? – Asan RESEPT
Mədə yanması ümumi bir şikayətdir. Xüsusilə, yeməkdən sonra mədədə və mədənin yuxarı tərəfində yerləşən qida borusunda yanma şikayətləri tez-tez təkrarlanırsa, deməli, həzm sistemində narahatlıqlar var. Evdə mədə yanması sadə üsullarla müalicə edilə bilər. Sağlamolun.az bu üsullardan birini təqdim edir: Kətan toxumu dəmləməsi Yarım stəkan qaynar suya iki xörək qaşığı kətan toxumu tökün. 2-3 saat dəmləyin, daha sonra süzün. Mədə yanması əsasən axşam saatlarında əmələ gəlirsə, yatmazdan əvvəl yarım stəkan qızdırılmış dəmləmə için. Bu resept mədə ifrazının artan intensivliyi üçün təsirli olur.