AZ

Əliyar Ağayevin səhvi təsdiqləndi – AFFA-dan gözlənilən qərar…

Məlum olduğu kimi, “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Zirə”yə uduzduqları ilk oyunla bağlı danışıb. O, baş hakim Əliyar Ağayevin qərarlarından narazı qaldığını, hakimin qərəzli qərarlar qəbul etdiyini bildirib. Klub rəhbəri referinin ünvanına sərt ifadələr işlədib.

Sitat: “Oyuna Əliyar Ağayevin təyinat aldığını öyrənəndə belə halların baş verəcəyini düşünürdük. Biz qərəzli hakimlərdən qurtulmalıyıq. Eybi yox, suyu necə istəyirlər içsinlər, amma haqqımızı yeməsinlər. 1 illik əziyyətimiz bir gündə yerə vurulur. Bunlar dəyişməlidir. Xüsusilə Əliyar Ağayev “Turan Tovuz”un oyunlarına təyinat alanda belə halları gözləyirdik. Futbolçularımızın alın təri, bizim haqqımız Əliyarın haramı olsun”.

Həmin oyunla bağlı təkcə klub rəhbərliyi deyil, futbolsevərlər də etiraz edir. Əliyar Ağayevlə bağlı hansı qərar verilə bilər?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan idman jurnalisti, “Futbolpress”in baş redaktoru Elçin Cəlilov deyib ki, AFFA Hakimlər Komitəsi artıq hər iki epizodda Əliyar Ağayevin yanlış qərar verdiyini rəsmən təsdiqləyib:

“Bu məntiqlə baş hakim bir neçə oyunluq diskvalifikasiya olunmalıdır. Nəzərə alsaq ki, “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev çox sərt açıqlama ilə qərarlara qarşı çıxmışdı. Bu baxımdan AFFA-nın müdaxiləsini təqdirəlayiq hesab etmək olar. Lakin Ehtiram bəyin özü də brifinqdə çıxışına görə cəzalandırıla bilər”.

Seçilən
13
1
konkret.az

2Mənbələr