AZ

İranda Əli Xamenei üçün 40 mərasimi keçiriləcək

İranda keçmiş ali rəhbər Əli Xameneinin ölümünün 40-cı günü münasibəti ilə 8-10 aprel tarixlərində genişmiqyaslı yas mərasimləri keçiriləcək.

Publika.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

İran İslami Təbliğat Təşkilatı və İslam Təbliğat Koordinasiya Şurasının açıqlamasına görə, mərasimlər İranın əksər bölgələrində təşkil olunacaq.

Qeyd olunub ki, şəhər meydanlarında matəm tədbirləri və sinə döymə mərasimləri keçiriləcək. Ardınca isə matəm qrupları Tehranda Xameneinin dağıdılmış iqamətgahına doğru yürüş edəcək.

Seçilən
26
publika.az

1Mənbələr